Rusiyada prezident seçkiləri 367 milyon dollara başa gələcək

11:50 15.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin martında Rusiyada keçiriləcək prezident seçkilərinin nə qədər pula başa gələcəyi açıqlanıb.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, Rusiya Mərkəzi Seçki Komissiyasına (MSK) prezident seçkiləri üçün federal büdcədən 33 milyard 233,8 milyon rubl və ya 367 milyon dollar vəsait daxil olub.

Bildirilib ki, ayrılan vəsaitin 32 milyard 846,7 milyon rublu alt seçki komissiyalarına köçürüləcək, 170 milyon rubl isə seçicilərin qeydiyyatı və uçotu ilə məşğul olan dövlət qurumları arasında bölüşdürüləcək.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək və səsvermə 3 gün davam edəcək.

Mərkəzi Seçki Komissiyası Rusiyanın ilhaq etdiyi Donbas, Luqansk, Xerson, Krım və Zaporojye vilayətlərində də bəşər tarixində qara hərflərlə yazılacaq seçkilər keçirəcək.